Zərdabda avtomobil aşıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Hazırda fakt araşdırılır.



Bizim.Media, Aran bürosu