EN

Suares ilk klubuna qayıdır

style='margin-bottom:10px;'>

“İnter Mayami”nin hücumçusu Luis Suares ABŞ klubundan ayrılır.

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Uruqvaylı futbolçu yetirməsi olduğu, ölkəsinin “Nasional” komandasına qayıtmağı planlaşdırır.

“İnter Mayami” ilə Luis Suares arasında mövcud sözləşmənin müddəti 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, Suares 2024-cü ildə “İnter Mayami”yə keçib. Bu mövsüm o, klubda 32 oyuna çıxaraq 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Chosen
37
1
teleqraf.com

4Sources