EN

Zərdab qəzasında baba və azyaşlı nəvəsi HƏLAK OLDU

Zərdabda baş verən ağır qəzada ölən və xəsarət alanların adları açıqlanıb.

Bizim.Media xəbər verir ki, bunlar rayonun Bıçaqçı kənd sakinləri - sürücü Məftun Məmmədov
və sərnişinlər - sürücünün atası İntiqam Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və övladları Uğur, Tunar və İntiqam Məmmədovlardır.

Qəzaya düşənlərin hamısı bir ailənin üzvləridir.

İlkin məlumata görə qəza zamanı sürücünün atası İntiqam Məmmədov və azyaşlı oğlu Tunar Məmmədov ölüb.

Xatırladaq ki, hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Toyota” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Bizim.Media, Aran bürosu

Chosen
14
2
bizim.media

3Sources