ain.az, Reyting.az portalına istinadən məlumat verir.
Yevlax şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi ötən gün keçirdiyi tenderin nəticəsini açıqlayıb.
Reyting.az Tribuna.az-a istinadla xəbər verir ki, tendderə əsasən Yevlax şəhərində yaşıllıq, sanitar təmizlik və işıqlandırma işləri həyata keçiriləcək.
Həmçinin bu işlər üçün malların satınalınması reallaşdırılacaq. Müsabiqənin qalibi “AVTO TEXNİKA DETALİNG” MMC olub. Dəyəri isə 296 min 510 manat təşkil edib.
Elə tenderi udan şirkətin adından da məlumdur ki, MMC əsasən avtomobil təmiri və onların ehtiyat hissəslərini satmaq üzrə ixtisaslaşıb.
Açıq mənbələr üzərindən aparəlan araşdırmadan da aydın olur ki, bu şirkət əsasən avtomobil təmiri və ehtiyat hissəslərinin satışına dair tenderlərin qalibi olub.
Bundan əlavə, Yevlax İcra Hakimiyyəti son bir ildə “AVTO TEXNİKA DETALİNG” MMC ilə iki dəfə ortaq iş görüb. Belə ki, şirkət 11.08.2025-ci il tarixində 75 min 802 manatlıq, 05.09.2024-cü il tarixdə isə 210 min 984 manatlıq tendderlərin qalibi olub. Hər iki tender nəqliyyat vasitələri, maşın və mexanizmlərə ehtiyyat hissələrinin satınalınmasından ibarət olub.
Maraqlıdır ki, Yevlax İcra Hakimiyyəti niyə birdən birə maşın təmir edən şirkətə yaşıllaşdırma, sanitar təmizlik işlərini həvalə edib? Yəni, tamamilə bir birinə əks porfil olan işi bu şirkətə verib?
Bildirək ki, “AVTO TEXNİKA DETALİNG” MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilşisi isə Müslimov Teymur Əkrəm oğludur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.