EN

Ukraynanın ən təcrübəli pilotu döyüşdə həlak olub

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukrayna Hərbi Hava Qüvvələrinin Taktiki Aviasiya Briqadasının (BrTA) ikinci dərəcəli pilotu və baş şturmanı podpolkovnik Yevgeni İvanov şərq sektorunda döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Reyting.az xəbər verir ki, Yevgeni İvanov Ukrayna aviasiya məktəbinin ən layiqli simalarından sayılırdı.

O, “Su-27” qırıcı təyyarəsində 200-dən çox döyüş uçuşu həyata keçirib. Pilot onlarla mürəkkəb hava əməliyyatında iştirak edərək düşmənin hava hədəflərini uğurla məhv edib və işğalçı yerüstü hədəflərə dağıdıcı zərbələr endirib.

Cəsarət və qəhrəmanlığına görə podpolkovnik bir neçə yüksək dövlət mükafatlarına layiq görülüb.

Qeyd olunur ki, əslən Xarkovdan olan 48 yaşlı zabit uşaqlıqdan uçmağı arzulayıb. O, karyerasına Xarkovda kursant kimi başlayıb və 1995-ci ildən başlayaraq təxminən 30 ilini Ukrayna Silahlı Qüvvələrində xidmətə həsr edib.

“Podpolkovnik İvanov bütün həyatı boyu etdiyi kimi son uçuşuna çıxdı - sakit, inamlı və vəzifəsini sona qədər sədaqətlə yerinə yetirdi. O, andına və şərəflə xidmət etdiyi işə sadiq qalaraq həlak oldu”, - deyə pilot yoldaşları qeyd ediblər.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
reyting.az

1Sources