Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti 9 dekabrda Almaniyaya səfərə gedib.
Herbiand.az erməni mənbələrinə iostinadən xəbər verir ki, nümayəndə heyətinə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, iqtisadiyyat naziri Gevorq Papoyan, Ermənistan-Almaniya Parlament Dostluq Qrupunun rəhbəri Vladimir Vardanyan və digərləri daxildir.
Rəsmi səfəri çərçivəsində Paşinyan 9 dekabrda Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə görüşəcək.