EN

Mahir Məmmədov: Vüqar Həşimov Memorialı dünya şahmat standartlarına uyğun keçirilir

Xankəndi, 9 dekabr, AZƏRTAC

Artıq neçə ildir ki, Azərbaycan dünya şahmat izləyicilərinin diqqət mərkəzindədir. Çox xoş haldır ki, builki turnir də Qarabağda keçirilir. Yaradılan gözəl şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Xankəndidə Vüqar Həşimov Memorialının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, turnirin dünya şahmat standartlarına uyğun keçirildiyini bildirib: "Yarışın bütün iştirakçılarına uğurlar arzu edirəm".

M. Məmmədov Şəhriyar Məmmədyarovun builki yarışda iştirak etməməsinin səbəbini də açıqlayıb: "Şəhriyar bu il müxtəlif müqavilələr imzalayıb. Onun iştirak etməməsi məhz bununla bağlıdır".

Qeyd edək ki, Memoriala dekabrın 11-də yekun vurulacaq.

 

Chosen
110
azertag.az

1Sources