EN

Dördmərtəbəli villanın hovuzunda partlayış olub

Bakıxanov qəsəbəsində evdə baş verən partlayışda xəsarət alanlardan biri ölüb.

XəzərNews.az xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzindən məlumat verilib.

“Sabunçu Tibb Mərkəzinin I Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən şəxsə bud sümüyünün sınığı, sağ bazu sümüyünün sınığı, sol çiyin çıxığı, ağır kəllə-beyin travması, üzün və ətrafların II dərəcəli yanığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun ölüm faktı qeydə alınıb”, – deyə məlumatda bildirilir.

***

Sabunçu rayonunda fərdi yaşayış evində baş verən partlayışla bağlı bəzi detallar məlum olub.

Partlayış dördmərtəbəli villanın birinci mərtəbəsində yerləşən hovuzda baş verib.

İlkin versiyaya görə, hovuzun altından keçən qaz xəttində sızma olub./Oxu.az

Xəbər 5 dəfə oxunub.
Chosen
9
1
xezernews.az

2Sources