EN

Avropa Komissiyası “Google“ servisinə qarşı araşdırmalara başladı

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa Komissiyası (AK) süni intellekt (Sİ) modellərini gücləndirmək üçün "YouTube" istifadəçilərindən və bir neçə sosial media platformasındakı şəxsi məzmundan istifadə etdiyinə görə "Google"a qarşı araşdırmalara başlayıb.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəqabət məsələləri üzrə vitse-prezidenti Tereza Ribera bildirib.

"Google" kontent yaradıcılarına ədalətsiz şərtlər tətbiq etməklə axtarış alətləri bazarındakı dominant mövqeyindən sui-istifadə edir. O, öz onlayn kontentindən axtarış sorğusuna süni intellekt tərəfindən yaradılan cavabı - "Sİ İcmalı" xidmətini təqdim etmək üçün istifadə edir", - Avropa komissarı bildirib.

O, sosial mediada və "YouTube"da kontenti Sİ tərəfindən istifadə edilən istifadəçilərin "heç bir kompensasiya almadıqlarını" vurğulayıb.

Əgər Avropa Komissiyası bu ittihamları Avropa rəqabət qaydalarının pozulması hesab edərsə, "Google" illik qlobal dövriyyəsinin 10%-dək cərimə ilə üzləşə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
85
1
moderator.az

2Sources