EN

Prezident İlham Əliyev: Hazırda tikilən “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək (TAM NİTQ)

Bratislava. Trend:

Hazırda tikilən “Ağıllı kənd” Slovakiyanın azad olunmuşərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunuPrezident İlham Əliyev Bratislavada Slovakiya Prezidenti PeterPelleqrininin adından verilən rəsmi ziyafətdə deyib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli cənab Prezident, əziz qonaqlar.

İlk növbədə, cənab Prezident, Slovakiyaya rəsmi səfərə dəvətetdiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm.Qonaqpərvərliyinizə və dostluğunuza görə minnətdaram. Biz uzunmüddətdir ki, bir-birimizi tanıyırıq, dəfələrlə görüşmüşük. Lakinbu, xüsusi statusa malik rəsmi səfərdir. Səfər böyük hörmətə vərəğbətə layiq, həqiqi dost olan ölkəyə həyata keçirilir.Ölkələrimiz kifayət qədər bir-birindən uzaqda yerləşsə də, Sizxalqlarımız arasında oxşarlığı qeyd etdiniz. Bu fikirlərinizə tamşərik çıxıram.

Aramızda çox oxşarlıqlar mövcuddur. Əsrlər boyu böyükimperiyaların tərkibində olmuşuq. Biz sosialist blokun dövlətlərihesab edilən ölkələrdə yaşamışıq. Müstəqil deyildik.Müstəqilliyimizin çox məhdud hüdudları olub. Demək olar ki, eynivaxtda - 1990-cı illərin əvvəllərində əsl müstəqil ölkələr olduq. Ovaxt müstəqilliyi və bütün təsisatları, həmçinin gələcəyimizisıfırdan qurmalı idik. İndi isə 30 ildən bir qədər artıq müddətdəSlovakiyanın əldə etdiyi tərəqqiyə nəzər salsaq görərik ki, həminirəliləyiş xalqınızın güclü iradəsi, tarixiniz, mədəniyyətiniz vəmilli mənsubiyyətiniz sayəsində əldə olunub. Bu gün böyük təəssüratbağışlayan qədim Qəsrdə birgə olduğumuz zaman mən bir dahaenerjili, müqavimətli və müstəqil siyasət yürütməkdə bacarıqlıolmağınızın mənbəyini gördüm.

Əsrlər boyu milli mənsubiyyətinizi qoruyub saxlaya bilmisiniz,baxmayaraq ki, bu, asan deyildi. Çox millətlər tarix boyuassimilyasiyaya uğrayıb. Bir çox millətlər dövləti qurmaq,dövlətçiliyi qoruyub saxlamaq bacarığını əldən buraxdılar. LakinSiz bu vəzifənin öhdəsindən gəldiniz. Bu gün Slovakiya adambaşınadüşən ümumi daxili məhsula, sənayenin inkişafına, insan kapitalınavə yaşayış standartlarına görə aparıcı ölkələrdən biridir. Ölkənizuğur qazanmaq, öz milli mənsubiyyətini, ləyaqətini qoruyub saxlamaqvə dostluq qurmaq istəyən ölkələr üçün örnək ola bilər. BizAzərbaycanda Slovakiyanı olduqca sülhsevər, dostluğu və imkanlarıyaradan, dostluğu dəyərləndirən ölkə kimi görürük. Bütün bunlararamızdakı münasibəti əks etdirir.

Cənab Prezident, biz bu gün təsisat inkişafı səviyyəsinəyüksəlmiş əməkdaşlığın, faktiki olaraq, çərçivəsini Sizinlə birgəyaratdıq.

Siz ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannaməniqeyd etdiniz. Həqiqətən biz münasibətləri mümkün qədər ən yüksəksəviyyəyə qaldırdıq. Bu gün görüşlər və müzakirələr zamanı, eləcədə tarixi yerləri ziyarət edərkən biz nailiyyətləri bir dahagördük. Çox böyük potensialın şahidi olduq. Əldə olunmuş bu cürəməkdaşlıq daha güclü körpüləri salmaq imkanını yaradacaq, nəinkiikitərəfli gündəlik əsasında işləmək və işi davam etdirmək, ocümlədən qonşular üçün imkanları yaradacaq. Aramızda çox dayanıqlıbağlantılar qurulacaq. Energetika infrastrukturu artıq bizibir-birimizə bağlayır.

Biz tərəfdaşlığımızın müxtəlif sahələrində fəal çalışırıq vəəminəm ki, rəsmi səfərim işbirliyimizə əlavə təkan verəcək. BizSlovakiyada dostları, mehribanlığı, hörməti görürük və Sizinxalqınıza, hökumətinizə, Slovakiya dövlətinə eyni hisslərbəsləyirik. Mən, cənab Prezident, tərəfdaşlığımıza verdiyiniz bütüntöhfələrinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən SiziPrezident kimi rəsmi səfərə dəvət etmək istərdim. Siz həm Başnazir, həm Parlament spikeri kimi bizə səfər etmisiniz, lakinPrezidentin rəsmi səfərinin, əlbəttə ki, xüsusi statusu var. Ümidedirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm.

Mən, həmçinin Qarabağın yenidən qurulmasına verdiyiniz dəstəyəgörə Sizə və Slovakiyadakı dostlarımıza minnətdaram. Hazırdatikilən “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldəetdiyi uğurun rəmzinə çevriləcək. 851 ev və 10 yaşayış binasından,eləcə də məktəb, uşaq bağçası və tibbi mərkəzdən ibarət kəndnailiyyətlərinizin və əbədi dostluğumuzun təzahürü olacaq. İşğaldanazad edilmiş ərazilərin bərpası bu gün Azərbaycanın bir nömrəlihədəfidir. Slovakiya nəinki bu işlərdə, o cümlədən minalardantəmizləmədə bizə yardım edir.

Slovakiyadan aldığımız xüsusi avadanlıq insan həyatını xilasetməyə, sağlamlığı qorumağa imkan yaradır. Əfsuslar ki, 2020-ciildə İkinci Qarabağ müharibəsi bitdikdən sonra 400-dən artıq insanminalara görə öz həyatını itirib, yaxud ciddi yaralanıb. Sizdənaldığımız avadanlıq həqiqətən insan həyatını qoruyur.

Qonaqpərvərliyinizə görə bir daha minnətdaram.

Chosen
78
16
az.trend.az

10Sources