EN

Daha bir azyaşlı sığınacağa YERLƏŞDİRİLDİ - Üç gündə ailəsini itirən qızın ürəkdağlayan HEKAYƏSİ

“Yeni gələn qızcığazın saçları hörülərkən göz yaşları dayanmaq bilmirdi. Güzgüdə üzünü sığallayaraq sakitcə pıçıldadı: “Mənim heç vaxt saçım hörülməyib…”

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kənalə ağazadə sığınacağa yeni gələn qızın taleyi ilə bağlı məlumat verərkən deyib. O, bildirib ki, sığınacaqda ən ağır taleyi olan uşaq məhz bu, yeni gələn qızdır:

“Pandemiya dövründə azyaşlı qız üç gün ərzində anasını, babasını və nənəsini itirib. İki il sonra isə onun rəsmi qəyyumu təyin edilən xalası da eyni xəstəlikdən vəfat edib.

Qız yaşadıqlarını belə xatırlayıb:

“Anam ölən günün axşamı babamın ürəyi partladı, öldü. İki gün sonra nənəm oyanmadı. Mən top kimi ortada qalmışdım. O deyirdi sən apar, bu deyirdi sən apar… “Verin yetimxanaya, böyüyüb Allah bilir nə olacaq” – deyirdilər”. Uşağın yaxınlarının biganəliyi onun həyatında daha dərindən iz buraxıb. Qızcığazın taleyini onun doğmaları deyil, ağır münasibətlər və yadlaşma müəyyən edib”, - deyə sığınacaq rəhbəri əlavə edib.

Kəmalə Ağazadənin sözlərinə görə hazırda azyaşlının himayəyə götürülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciət edib. O, “Artıq himayəmə götürmək üçün müraciət etmişəm. O mənim hörüklü qızcığazımdır”, - deyə bildirib.

Alçina Amilqızı, Bizim.Media

Chosen
49
11
bizim.media

10Sources