ABŞ prezidenti Donald Tramp su təchizatı müqaviləsini pozduğuna görə Meksikaya 5% rüsum tətbiq edəcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Hazırda Meksika ABŞ-nin sorğularına cavab vermir və bu, suya çox ehtiyacı olan amerikalı fermerlərə qarşı son dərəcə ədalətsizlikdir. Ona görə də bu su dərhal verilməsə, Meksikaya 5% rüsum tətbiq etməyə icazə verən sənədlər hazırlamışam", - Tramp bildirib.