Bakı. Trend:
Paytaxtın Xətai rayonunda onlayn alış-veriş zamanıvətəndaşlardan birinin pulu dələduzluq yolu ilə ələ keçirilib.
Trend xəbər verir ki,müştərilərdən biri zərərçəkənə zəng edərək 1060 manat dəyərindəməhsul sifariş verərək onların taksi vasitəsilə göndərilməsinixahiş edib.
O, ödənişi isə sürücü vasitəsi ilə geri gondərəcəyini bildirib.Lakin məhsul qəbul edildikdən sonra ödəniş olunmayıb və həmin şəxsmobil nömrəsini deaktiv edərək zərərçəkənlə əlaqəni kəsib. Vətəndaşetibarından sui-istifadə olunmaqla maddi vəsaitinin ələkeçirildiyini anlayandan sonra isə bu barədə polisə müraciətedib.
Polis əməkdaşları tərəfindən qeyd edilən əməli törətməkdə şübhəlibilinən, əvvəllər məhkum edilmiş 31 yaşlı V.Qiyasov müəyyənolunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.