EN

AMB sədri: “ABB səhmlərinin satışında sifarişlərin 84%-i mobil tətbiq vasitəsi ilə verilib”

Ölkədə kapital bazarlarının rəqəmsallaşma səviyyəsi yüksəkdir, rahat deyə bilərəm ki, rəqəmsallaşma istiqamətində kapital bazarlarının infrastrukturu təkmildir”.

FED.AZ xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. 

O qeyd edib ki, əlavə işlər ehtiyac olsa da, digər inkişaf etmiş kapital bazarları ilə müqayisədə Azərbaycanın infrastrukturu kifayət qədər rəqəmsallaşıb. Sədr buna sübut kimi ötən il keçirilən ABB-nin İPO-da səhmlərə sifarişlərin 84%-nin mobil tətbiq  vasitəsi ilə verildiyini misal çəkib.

O həmçinin öz təcrübəsini bölüşərək bildirib ki, keçmişdə investorlar hesab açmaq və əməliyyat aparmaq üçün 3-5 gün vaxt sərf etməli olduğu halda, indi bu proses mobil əlavə vasitəsi ilə maksimum yarım saat, bir saat ərzində həyata keçirilir. “Bu gün investorların kapital bazarlarına çıxışı çox asandır” – deyə sədr vurğulayıb. 

Chosen
2
3
fed.az

4Sources