EN

Əmək münasibətləri sahəsində qabaqcıl dünya təcrübəsi və onun ölkəmizdə tətbiqi imkanları araşdırılır

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bir sıra inkişaf etmiş ölkələrdə sınaqdan keçirilən və bəzi hallarda tətbiq olunan 4 günlük iş həftəsi modeli Azərbaycanda mümkünlüyü və həyata keçirilməsi perspektivləri maraq doğurur.Dünyada tətbiq olunan 4 günlük iş həftəsi modelinin 4 günlük iş həftəsi modeli Azərbaycandakı əmək sisteminə dərəcədə uyğundur və əgər uyğun olarsa, hansı sahələrdə tətbiqi mümkün hesab olunacaq?

Yaranan suallara cavab tapmaq üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə bağlı hər hansı müzakirə aparılmır: “Əmək münasibətləri sahəsində qabaqcıl dünya təcrübəsi və onun ölkəmizdə tətbiqi imkanları mütəmadi olaraq araşdırılır və nəzərdən keçirilir. Hazırda ölkədə 4 günlük iş həftəsinin tətbiqi ilə bağlı hər hansı müzakirə aparılmır. Bu sahədə yenilik olduqda, ictimaiyyətə məlumat veriləcək”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
bizimyol.info

1Sources