EN

Yatmış sevgilisini abort elədi: Cərrahın tükürpədən cinayəti

ABŞ-da cərrah sevgilisi yatarkən ona əzilmiş abort həbləri içirdib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Qeyd olunur ki, Ohayo ştatından olan 32 yaşlı cərrah Xassan-Ceyms Abbas iki aydır görüşdüyü qadının hamilə olduğunu öyrənib. O, xəbəri mənfi qarşılayıb və sevgilisini hamiləliyi dayandırmağa razı salmağa çalışıb, lakin o, körpəni saxlamaq istədiyini bildirib. Müstəntiqlərin fikrincə, sonra Abbas abort həbləri sifariş verib. Dərmanlar onun evinə çatdırılıb və ötən il dekabrın 18-də Abbas sevgilisi yatarkən onun ağzına əzilmiş abort həbləri qoyub.

"O, mənə söykəndi və barmaqlarını ağzıma qoydu", - deyə qadın bildirib.

Qadının sözlərinə görə, həmin an o, həyatı üçün ciddi şəkildə qorxub. Yarım saatdan sonra Abbas zərərçəkmişi buraxıb, o, daha sonra qaça bilib və vaginal qanaxma ilə xəstəxanaya gedib.

Chosen
46
publika.az

1Sources