EN

Vəzifə tutma hüququndan məhrum olan şəxslər bu halda peşə müsabiqələrində iştirak edə biləcəklər

Bakı. Trend:

Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əməkmünasibətlərinin tənzimlənməsi qaydalarımda dəyişiklikediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü onlayn iclasında müzakirə olunan ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Layihəyə əsasən, yerinə yetiriləsi işin, əmək funksiyasınınxarakteri ilə əlaqədar olaraq müəyyən vəzifələri (peşələri) tutmaqüçün işəgötürən müsabiqə elan edə biləcək.

Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmahüququndan məhrumetmə cəzası almış şəxslər cəzasının müddətininbitməsinə bir ay qalmış müsabiqəyə çıxarılan həmin vəzifə (peşə)üzrə müsabiqədə iştirak edə biləcəklər.

Müsabiqənin keçirilməsi qaydası müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqlaişəgötürən tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş prinsiplərəzidd olmamaqla müəyyən ediləcək.

Mövcud qanunvericiliyə görə, yerinə yetiriləsi işin, əməkfunksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaqüçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edəbilər.

Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yoluilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiqicra hakimiyyəti orqanı qəbul edir.

Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquqbərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə vəqanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi,sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi iləəqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinintəmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlərəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi(kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılmasıprinsiplərinə əsaslanır.

Chosen
21
2
az.trend.az

3Sources