EN

Ağdam şəhərinin daxili yollarının uzunluğu 189,7 kilometr olacaq (FOTO)

Ağdam. Trend:

Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarınınümumi uzunluğu 189,7 kilometr təşkil edir.

Trend xəbər verir ki, bunuAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin böyük mütəxəssisiMəmməd Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinəuyğun tikilməsi nəzərdə tutulub.

"Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkətzolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr,velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metrtəşkil edir.

Umumi uzunluğu 189.7 kilometr olan avtomobil yolunun 17,5kilometrlik hissəsinin torpaq yatağının eni 55-60 metr təşkiledəcək. Bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhərəhəmiyyətli yolların uzunluğu 50 km olmaqla 4 hərəkət zolaqlı yerliəhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr olmaqla 2hərəkət zolaqlı ğolacaq. Ağdam şəhərinin daxili yollarınıntikintisinin 2026-cı ildə başa çatdırılması planlaşdırılır", - deyəM. Məmmədov qeyd edib.

Xəbər yenilənəcək

Ağdam
Ağdam
Ağdam
Ağdam
Məqalədə:
Chosen
158
49
az.trend.az

10Sources