
Olaylar "The Spectator"-a istinadən xəbər verir ki, Kiyevin rus dilinə qarşı həyata keçirdiyi aqressiv siyasət Ukraynanın ciddi səhvinə çevrilib, çünki bu addımlar ölkənin birliyini möhkəmləndirmək əvəzinə onu daha da parçalayır.
Məqalədə qeyd olunur: "Ukraynanın rus dili ilə apardığı mübarizə - səhvdir... Kiyev rus dilini qorunan dillər siyahısından çıxardı. Bu qərar milyonlarla rusdilli ukraynalının maraqlarına təsir edir və ölkəni bölür."
Xatırladaq ki, bundan əvvəl Ukrayna Ali Radası Avropa Regional və ya Azlıqların Dilləri Xartiyası çərçivəsində qorunan dillər siyahısından rus dilinin çıxarılmasını nəzərdə tutan qanunu qəbul edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva rus dilinin qorunan dillər siyahısından çıxarılması ilə bağlı Ali Radanın qəbul etdiyi sənədin yekun mətnini araşdıracaq.
İbrahim Məmmədli