EN

"Komanda şəklində daha artığını etmək məcburiyyətindəydik" - Elmar Baxşıyev

Misli Premyer Liqasında 14-ü tur davam edir.

Fanat.Az xəbər verir ki, günün ilk matçında "Araz-Naxçıvan" "Kəpəz"i sınağa çəkib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

Matçdan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev fikirlərini jurnalistlərlə bölüşüb:

"Ağır oyun alındı. Kubok matçından sonra komanda şəklində daha artığını etmək məcburiyyətindəydik. Yaxşı oynadıq və buna görə futbolçularımı təbrik edirəm. Oyun ərzində hər bir komandanın üstünlük qazanmaq şansı olar. Biz də kubok oyunundan sonra stress yaşamamışdıq və həftə ərzində bir-birimizə yaxın, dəstək olmağa çalışdıq. Həmin stressi atdıqdan sonra bu gün meydanda işimiz alındı. Felipenın zədəsi ciddi deyil. Fərdi məşq edir. Qarşıdakı oyunlarda komandanın yanında olacağına inanıram."

Chosen
27
fanat.az

1Sources