EN

Trump: Obamadır Krımı Rusiyaya təhvil verən...

Tramp iddia edir ki, ABŞ-nin keçmiş prezidentinin zəif siyasəti Ukraynanın ərazi itkilərinə yol açıb...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Barak Obamanı 2014-cü ildə Ukraynanın Krımı itirməsinə görə birbaşa günahlandırıb. Politico nəşrinə verdiyi müsahibədə Tramp Obamanın Krım siyasətinin Rusiyaya “böyük güzəşt”ə çevrildiyini və bunun hazırkı Rusiya-Ukrayna müharibəsinin əsasını qoyduğunu bildirib.

“Mən o vaxt prezident deyildim, amma bu hadisəni çox yaxşı xatırlayıram. İndi Ukraynanı çox yaxşı tanıyıram. Münaqişə illərdir tədricən alovlanırdı. Obama Krımı sadəcə Rusiyaya təhvil verdi və bu, Ukrayna üçün böyük bir güzəşt idi”, deyə Donald Tramp vurğulayıb.

Tramp eyni zamanda 2014-cü ildə vitse-prezident olan Co Baydeni Krımın itirilməsində birbaşa məsuliyyətdən azad edib, lakin istehza ilə əlavə edib: “Çox güman ki, o vaxt Bayden də çox şey bilmirdi. O, heç vaxt ən ağıllı adam olmayıb”.

Xatırladaq ki, Krım 2014-cü il martın 16-da keçirilən və Qərb tərəfindən tanınmayan referendumdan sonra Rusiyanın tərkibinə qatılıb. Barak Obama 2009–2017-ci illərdə ABŞ Prezidenti vəzifəsini icra edib.

Poliqon.info

Chosen
56
poliqon.info

1Sources