EN

“Sumqayıt” - “İmişli” matçında dava - VİDEO

SUMQAYIT, 9 dekabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçirilən “Sumqayıt” - “İmişli” oyununun sonlarında insident yaşanıb.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçın 90+8-ci dəqiqəsində İmişli təmsilçisinin futbolçusu İbrahim Əliyevpenaltini dəqiq yerinə yetirə bilməyib.

Bunda sonra, Əliyev məhz “Sumqayıt”ın yetirməsi olduğu üçün azarkeşlər onun qol vurmağa cəhd etməsini etirazla qarşılayıb, nəticədə gərginlik artıb. O, “kimyaçılar”ın hücumçusu Aleksandr Ramallinqom tərəfindən təhqir olunduğunu da iddia edib.

Qeyd edək ki, görüş “Sumqayıt”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Chosen
78
teleqraf.com

1Sources