EN

KİV: Tramp Zelenskiyə təklif olunan sülh sazişi ilə bağlı qərar vermək üçün vaxt verib

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Trampın nümayəndələri Ukrayna prezidenti Vladimir Zelenskiyə Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün təklif etdiyi sülh planına cavab vermək üçün bir neçə gün vaxt veriblər.

APA xəbər verir ki, bu barədə "Financial Times" qəzeti adı çəkilməyən rəsmilərə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Zelenski Avropa liderlərinə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin 6 sentyabrda telefon danışığı zamanı ona tez bir qərar verməsi üçün təzyiq göstərdiklərini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
3
apa.az

4Sources