Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə seçkilər keçirməyə həmişə hazır olduğunu bildirib. O, bu açıqlamanı 8 dekabrda Romada olarkən “La Repubblica” qəzetinə verdiyi şərhdə verib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp həmin gün “Politico” jurnalına verdiyi müsahibədə Ukraynada prezident seçkilərinin “vaxtının çatdığını” bildirib. Ağ Ev rəhbəri hesab edir ki, Ukrayna seçkilərdən yayınmaq üçün müharibədən bəhanə kimi istifadə edir. O qeyd edib ki, ölkə demokratiyadan danışsa da, əslində onu tam funksional adlandırmaq çətindir. Zelenski mövqeyini qısaca belə açıqlayıb:
“Seçkilərlə bağlı mən həmişə hazıram”.
//Samir Qurbanov, Editor.az