EN

Məzuniyyətə çıxan işçilərin maaaşının ödənilməsi ilə bağlı yeni QAYDA

ain.az, Milli.az saytına istinadən bildirir.

Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatlarında dəyişiklik ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır.

Layihəyə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılacaq.Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
97
10
news.milli.az

10Sources