EN

Albaniyada faciəli şəkildə ölən azərbaycanlı dənizçi Biləsuvarda dəfn ediləcək

Azərbaycanlı dənizçi Əvəz Cəfərov Albaniyanın Dürres limanında bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

2001-ci il təvəllüdlü Ə.Cəfərov Biləsuvar rayonunda dəfn ediləcək.

 

İstintaq aparıldığı üçün onun nəşinin bir neçə günə Vətənə gətiriləcəyi gözlənilir.

 

İlkin məlumata əsasən, bədbəxt hadisə gəmidə yük boşaldılması prosesi zamanı baş verib və onu cərəyan vurub.

 

Qeyd edək ki, mərhum subay idi.

 

Oxu.az

Tarix: 10 Dekabr 2025, 00:07   
Chosen
53
4
pravda.az

5Sources