EN

“Monako” doğma meydanda “Qalatasaray”a qalib gəldi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Fransa təmsilçisi “Monako” Türkiyənin “Qalatasaray” klubunu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Lui II” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Görüşdə 50-ci dəqiqədə meydan sahiblərinin dayaq yarımmüdafiəçisi Denis Zakarriya penaltini dəqiq yerinə yetirə bilməyib. Oyunda yeganə qolu 68-ci dəqiqədə hücumçu Folarin Balogun vurub.

Qeyd edək ki, Liqanın ümumi mərhələsinin VII turunda “Monako” səfərdə Madrid “Real”ı ilə qarşılaşacaq. Oyun yanvarın 20-də keçiriləcək. Bir gün sonra isə “Qalatasaray” doğma meydanda Madrid “Atletiko”sunu qəbul edəcək.

Chosen
27
90deqiqe.az

1Sources