EN

Tramp yolu | İrəvanda "TRIPP" şirkəti yaradılır

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Berlin şəhərində Almaniya Xarici Siyasət Cəmiyyətində çıxışı əsnasındabildirib.O diqqətə çatdırıb ki, sözügedən şirkətə "Tramp yolu" boyunca dəmir və avtomobil yollarının, neft-qaz kəmərlərinin, fiber-optik kabellərin çəkilməsi məqsədilə zəruri infrastruktur qurmaq hüququ veriləcək:

"İşin icrası və tikinti prosesi gələn il başlayacaq. "Tramp yolu" layihəsi, həmçinin Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqəsi Avropa-Cənubi Qafqaz-Orta Asiya oxunda fasiləsiz əlaqə imkanı yaradan "Orta Dəhliz"in vacib komponentinə çevriləcək".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adlanacağını bildirib.
Just Security:"Azərbaycan logistik mərkəzə çevrilir"

Öz növbəsində, Prezident İlham Əliyev Ağ Evdə birgə mətbuata bəyanatda söyləyib ki, sözügedən təşəbbüs çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq:

"Bu, həqiqətən, tarixi gündür. Qafqazda sülhü bərqərar edirik. Bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Donald Trampın da düzgün qeyd etdiyi kimi, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq".

Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan da avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında layihə haqqında danışıb. Onun sözlərinə görə, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var.

Firudin Həmidli
AzVision.az
Chosen
21
azvision.az

1Sources