EN

"SpaceX" tarixinin ən böyük IPO-su üçün hazırlıqlara başlayıb

Müəllif:Mehin Qasımova,Banco.az

"SpaceX" bütün zamanların ən böyük IPO-su olacağı gözlənilən proses vasitəsilə 30 milyard dollardan çox investisiya cəlb etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, Bloomberg-ə danışan məsələyə yaxın mənbələr şirkətin bu istiqamətdə aktiv addımlar atdığını bildiriblər.

İlon Maskın rəhbərlik etdiyi şirkət ümumilikdə təxminən 1,5 trilyon dollarlıq bazar dəyəri hədəfləyir. Bu göstərici, Səudiyyə Aramco-nun 2019-cu ildə rekord qıran IPO zamanı cəlb etdiyi 29 milyard dollarlıq vəsaitə yaxın bir kapitallaşma deməkdir.

Mənbələrin məlumatına görə, "SpaceX" rəhbərliyi və məsləhətçiləri IPO-nun 2026-cı ilin ortalarınadək baş tutmasını planlaşdırırlar.

Bununla belə, prosesin vaxtı bazar şəraiti və digər faktorlarla bağlı dəyişə bilər.

Chosen
18
1
banco.az

2Sources