EN

"Qalatasaray"ın qapıçısı altıncı saniyədə qol buraxdı

Uğurcan Çakırın zədələnməsindən sonra meydana çıxan "Qalatasaray"ın qapıçısı Günay Güvenç Monako ilə səfər matçında altıncı saniyədə qol buraxıb. 

"Unikal" xəbər verir ki, bununla da o, anti-rekord edərək tarixə düşüb. 

Meydanda olduğu müddətdə bir neçə uğurlu seyv edən, hətta penaltini dəf edən Uğurcan Çakır zədə alıb. Oyunu davam etdirə bilməyən Uğurcanın əvəzində meydana çıxan Günay Güvenç meydançaya çıxmazdan əvvəl rəqibin baş məşqçi Sebastian Pocognoli ilə mübahisə edib. 

67:29-da oyuna daxil olan qolkiper "Monako"nun künc zərbəsi zamanı müdafiədən geri dönən topu saxlaya bilməyib. Təcrübəli qapıçı cəmi 6 saniyə sonra, 67:35-də qol buraxıb.

Qeyd edək ki, "Qalatasaray" səfərdə "Monako" ya 1:0 hesabla məğlub olub. 

Ağarza Elçinoğlu 

Chosen
15
unikal.az

1Sources