EN

Bir binada həm parkinq, həm də çıxarış PROBLEMİ - Yasamal sakinlərindən ŞİKAYƏT

Paytaxtın Yasamal rayonu, Xiyabani küçəsi, 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri ciddi parkinq problemi ilə üzləşiblər. Sakinlər bildirirlər ki, binanın qarşısındakı ərazidə parklanma ödənişlidir və onların daimi olaraq avtomobil saxlamaq üçün kifayət qədər vəsaitləri yoxdur.

Vətəndaşlar axşam saatlarında vəziyyətin daha da gərginləşdiyini qeyd edirlər:

"Hamı işdən gəlir, yer tapmaq olmur maşın saxlamağa. Bu pullu parkinqi edən insanlar, mühəndislər fikirləşməli idilər ki, bu insanlar harada maşın saxlayacaq".

Digər bir problem isə sakinlərin mənzillərinin çıxarışı olmadığı üçün qeydiyyata düşə bilməmələridir:

"Biz bu binada yaşamağımıza baxmayaraq, bizim çıxarışımız olmadığına görə qeydiyyata düşə bilmirik. Bunlar da bizdən qanunla tələb edirlər ki, qeydiyyatınız olsun. Bizim müvəqqəti olaraq qeydiyyatımız yoxdur. Biz buradan haraya köçüb getməliyik?"

Daha ətraflı Baku TV-nin videomaterialında:

Chosen
13
far.az

1Sources