EN

Lerikdə yol kənarında dayanan maşın dərəyə aşdı Sürücü öldü

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lerikdə bədbəxt hadisə nəticəsində sürücünün bacısı ölüb.

"Unikal"ın məlumatına görə, hadisə ötən gecə axşam saatlarında baş verib.

Belə ki, Lerik rayonunun Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi "Niva"  markalı nəqliyyat vasitəsini Dico kəndində yol kənarında saxlayıb və özü maşından düşüb. Bu zaman minik avtomobili qəfildən hərəkət edərək dərəyə aşıb. Qəza nəticəsində maşında sərnişin qismində olan sürücünün bacısı 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
unikal.az

2Sources