Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində altıncı oyununa çıxacaq.
Msport.az xəbər verir ki, komanda Niderlandın “Ayaks” kollektivini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq. Sloveniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Çempionlar Liqası
Liqa mərhələsi, VI tur
10 dekabr
21:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland)
Hakimlər: Rade Obrenoviç, Yure Praprotnik, Qreqa Kordej, Mateo Tozan
VAR hakimləri: Matey Yuq, Alen Boroşak (Hakimlər briqadası Sloveniyadandır)
Tofiq Bəhramov adına Respublika Stadionu