EN

Analitik: “ İran gəmisi Titanik kimi yavaş-yavaş batır” 

Vətəninfo.az xəbər verir ki, İranlı siyasi analitik Möhsün Sazeqara “Euronews” telekanalına müsahibədə İranın Qərb dünyası ilə münasibətlərdə tətbiq etdiyi siyasəti sərt tənqid edib. O bildirib ki, İranın ABŞ və Qərbi Avropaya qarşı əsas strategiyası qeyri-müəyyənlik yaratmaq və prosesi davamlı şəkildə uzatmaqdır.

Sazeqara vurğulayıb ki, bu strategiya ölkənin vəziyyətini daha da ağırlaşdırır. Onun sözlərinə görə, İranın ali rəhbəri Əli Xameneyi strateji və tarixi qərarlar verməkdən çəkinir. Analitik Xameneyinin idarəçilik üslubunu “qərar qəbul etməkdən yayınmaq” kimi xarakterizə edib və bildirib ki, bu vəziyyət İslam Respublikasını “Titanikə bənzər böyük, amma batmaqda olan gəmi”yə çevirib.

Onun sözlərinə görə, İran hakimiyyətinin əsas dilemması iqtisadi sanksiyalardan çıxış yolu tapmaq, mümkün hərbi toqquşmanın qarşısını almaq və sistemin davamlılığını təmin etməkdir.

Chosen
15
1
veteninfo.az

2Sources