EN

Çempionlar Liqası: “Qarabağ” “Ayaks”la üz-üzə gələcək

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Bakıda Niderlandın “Ayaks” klubu ilə üz-üzə gələcək.

Heftelik.az Report-a istinadən xəbər verir ki, Liqa mərhələsinin VI turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matç saat 21:45-də start götürəcək. Görüşü sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu – 36-cıdır.

Chosen
15
14
heftelik.az

10Sources