EN

Qalatasaray məğlub oldu UEFA Çempionlar Liqası

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Qalatasaray" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində növbəti matçına çıxıb.

Redaktor.az xəbər verir ki, Türkiyə təmsilçisi səfərdə Fransanın "Monako" klubu ilə üz-üzə gəlib.

"Stade Luis 2" stadionunda Bakı vaxtı ilə saat 00:00-da başlayan matçda meydan sahibləri qələbə qazanıb: 1:0.

Folarin Baloqun görüşdə yeganə qolun müəllifi olub. "Monako"nun heyətində 51-ci dəqiqədə Denis Zakariya penaltidən yararlana bilməyib.

Bu məğlubiyyətdən sonra "Qalatasaray" 9 xalda qalıb, Fransa təmsilçisi isə öz növbəsində xallarının sayını 9-a yüksəldib.

UEFA Çempionlar Liqası Liqa mərhələsi, VI tur

00:00. "Monako" (Fransa) - "Qalatasaray" (Türkiyə) 1:0

Qol: Baloqun, 68

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
4
redaktor.az

6Sources