EN

Lerikdə sürücüsüz maşın qəfil hərəkət etdi, sərnişin öldü

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Lerikdə bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Lerik rayonunun Tikaband kənd sakini, Akif Ağacanov idarə etdiyi "Niva" markalı maşını Dico kəndində yol kənarında saxlayıb. Sonra özü maşından düşüb.

Bu vaxt minik maşını qəfildən hərəkət edərək dərəyə aşıb. Hadisə nəticəsində maşında sərnişin olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
1
baku.ws

2Sources