EN

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda ehtiyatlı olun! – FOTO/VİDEO

Artıq üçüncü gündür Şəki-Zaqatala bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün yollardan duman və çiskinli hava bir qədər çəkilsə də, bu gün səhər saatlarından yenidən yollarda hərəkət çətinləşib.

Belə ki, dumanlı-çiskinli hava şəraiti əsasən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda müşahidə olunur. Yolun bəzi hissələrində görmə məsafəsi bəzən 7-10 metrə kimi enir. Bu istiqamətdə yola çıxanlara tövsiyə olunur ki, sürət həddinə nəzarət etsinlər.

Yollarda Dövlət Yol Polisinin patrul avtomobilləri nəzarəti gücləndirib. Sürücülərdən bütün texniki qaydalara əməl olunması, işıqlardan istifadə məsləhət görülür.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
16
1
bizim.media

2Sources