Polşa Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Varşava Ukraynanı dəstəkləmək və NATO-nun şərq cinahının təhlükəsizliyini təmin etmək üzrə müttəfiq siyasətinin bir hissəsi olacaq MiG-29 təyyarələrinin təhvil verilməsi ilə bağlı Ukrayna tərəfi ilə danışıqları davam etdirir...
Poliqon xəbər verir ki, bu barədə nazirliyin X-dəki rəsmi səhifəsində bildirilib.
"Təyyarələrin təhvil verilməsi onların maksimum əməliyyat resurslarına çatması, eləcə də Polşa Respublikası Silahlı Qüvvələrində daha da modernləşdirilməsi üçün perspektivlərin olmaması ilə bağlıdır. Eyni zamanda, sizə bildiririk ki, son qərar hələ verilməyib", deyə nazirlik qeyd edib.
İstismardan çıxarılan MiQ-29 təyyarələrinin tapşırıqlarını F-16 və FA-50 təyyarələri yerinə yetirməli olacaq. Lakin bildirilir ki, Ukrayna tərəfi ilə Polşaya dronlar və raket sistemləri sahəsində müəyyən texnologiyaların verilməsi ilə bağlı danışıqlar aparılır:
"Məqsəd yalnız avadanlıq şəklində kompensasiya deyil, ilk növbədə yeni müdafiə və sənaye bacarıqlarının əldə edilməsi və birgə inkişaf etdirilməsidir"
Poliqon.info