
“İranın ABŞ və Qərbi Avropaya qarşı əsas strategiyası qeyri-müəyyənlik yaratmaq və prosesi davamlı şəkildə uzatmaqdır”.
Missiya.Az xəbər verir ki, bunu iranlı siyasi analitik Möhsün Sazeqara “Euronews” telekanalına müsahibəsində deyib.
O bildirib ki, bu strategiya ölkənin vəziyyətini daha da ağırlaşdırır.
Sazeqaranın sözlərinə görə, İranın ali dini rəhbəri Seyid Əli Xamenei strateji və tarixi qərarlar verməkdən çəkinir.
Analitik Xameneinin idarəçilik üslubunu qərar qəbul etməkdən yayınmaq kimi xarakterizə edib və əlavə edib ki, bu vəziyyət İranı titanikə bənzər böyük, amma batmaqda olan gəmiyə çevirib.
Sazeqara qeyd edib ki, İran hakimiyyətinin əsas dilemması iqtisadi sanksiyalardan çıxış yolu tapmaq, mümkün hərbi toqquşmanın qarşısını almaq və sistemin davamlılığını təmin etməkdir.
Daşqın HəsənovMissiya.Az