BAKI, 10 dekabr. TELEQRAF
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) 2025-ci il Fəaliyyət Hesabatı və ll Azərbaycan-Türkiyə İnvestisiya Forumuna dair mətbuat konfransı keçirilib.
Teleqraf xəbər verir ki, mətbuat konfransındaTÜİB-in 2025-ci ildə həyata keçirdiyi fəaliyyətlər və əsas nəticələri haqqında məlumat verilib.
TÜİB üzvü Salih Tüfekçi bildirib ki, dekabrın 23-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək.
TÜİB sədri Hüseyin BüyükfıratTÜİB-in fəaliyyətindən danışıb: "Məqsədimiz ölkə arasında ticarət sahəsində böyük işlər görməkdir. II Azərbaycan–Türkiyə İnvestisiya Forumda Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Türkiyənin ticarət naziri Ömer Bolatın da Azərbaycana səfər edəcək".
AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı AzÉ™rbaycanla TürkiyÉ™ arasındakı É™mÉ™kdaÅŸlıqdan danışıb: “TürkiyÉ™ ÅŸirkÉ™tlÉ™ri AzÉ™rbaycanda çox yüksÉ™k sÉ™viyyÉ™dÉ™ fÉ™aliyyÉ™t göstÉ™rir. AzÉ™rbaycan isÉ™ TürkiyÉ™dÉ™ki É™n böyük investorÂlardan biridir. İşğaldan azad edilmiÅŸ É™razilÉ™rimizdÉ™ türk ÅŸirkÉ™tlÉ™rinin aktivliyini gördük. Bu günÉ™ qÉ™dÉ™r 100-dÉ™n artıq türk ÅŸirkÉ™ti müraciÉ™t edib".