Federal Antikorrupsiya Layihəsinin rəhbəri Vitali Borodin SSRİ Xalq artisti Alla Puqaçovanı yenidən məhkəməyə verdiyini bildirib.
"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, o, bu barədə "News.ru"ya açıqlamasında qeyd edib.
Borodinin sözlərinə görə, o, Puqaçovanı Xalq artisti titulundan məhrum etməyə çalışır.
"Onun yüksək səs-küylü müsahibəsindən dərhal sonra cinayət işi açılmalı idi. Rusiya Cinayət Məcəlləsinin bir sıra pozuntuları var idi ", - deyə o vurğulayıb.
Borodin iddia edir ki, Puqaçova ifadələrinə görə Rusiya cəmiyyətinə zərər vurur.
"Cebheinfo.az"