EN

İlham Əliyev “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə Prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Ksaba Leykonu qəbul edib.

Aznews.az xəbər verir ki, söhbət zamanı Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanaraq, bu sahənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlər qeyd olundu.

“John Deere” şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyən qonaq əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirdi, Azərbaycanda pambıqçılıq sənayesi ilə bağlı irəli sürdükləri layihə barədə məlumat verdi.

Ksaba Leykon Bakıda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığını dedi.

Chosen
32
46
aznews.az

10Sources