EN

Mərkəzi Bankdan qərar: 8 % dən endirildi

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,75 %-ə endirilməsi barədə qərar qəbul edib.

Globalinfo.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 %-dən 5,75 %-ə, yuxarı həddi isə 8 %-dən 7,75 %-ə endirilib.

“Qərarın qəbulu zamanı faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb”, – deyə AMB bəyan edib.

Qərar sabahdan qüvvəyə minir.

Gələn il faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonuna qədər yayımlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
115
11
globalinfo.az

10Sources