EN

Sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində Anlaşma Memorandumu imzalanıb

Bakı, 10 dekabr, AZƏRTAC

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbiri çərçivəsində imzalanan sənəd sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində birgə əməkdaşlığı nəzərdə tutur.

Anlaşma Memorandumunu fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, SOCAR-ın əməliyyat dəstəyi, sağlamlıq və təhlükəsizlik üzrə vitse-prezidenti Fuad Musayev və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Orxan Xəlilzadə imzalayıblar.

Chosen
15
7
azertag.az

10Sources