EN

Rusiya XİN: BMT-ni ATƏT-in taleyi gözləyə bilər

BMT-ni ATƏT-in taleyi gözləyə bilər..

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında keçirilən Hökumət Saatında çıxışında bildirib.

Onun sözlərinə görə, BMT-nin ATƏT-in taleyini təkrarlamaması üçün onun gələcəyi haqqında düşünmək lazımdır.

"Əlbəttə ki, biz BMT-dən birtərəfli oyun oynamağı, o cümlədən rəhbər vəzifələrin qərb ölkələri tərəfindən özəlləşdirildiyi və bütün siyasətin NATOAvropa İttifaqı üzvləri tərəfindən diktə edildiyi katibliyin fəaliyyətini “ukraynalaşdırma"ğı dayandırmağı tələb edəcəyik", Lavrov vurğulayıb.

Rusiya XİN başçısı qeyd edib ki, BMT-də siyasi, sülhməramlı və humanitar məsələlər qərb ölkələrinin əlindədir.

Poliqon.info

Chosen
1
6
poliqon.info

7Sources