Ajans.az xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)məlumat verilib. Gəncədə baş verən hadisə qurum tərəfindən nəzarətə götürülüb. "Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır. Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən "Nur" dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.