ain.az, Konkret.az portalına istinadən məlumat yayır.
UFC çempionu Xamzat Çimayev 2026-cı il üçün planlarını açıqlayıb. O bildirib ki, qarşıdan gələn il arenaya bir neçə dəfə çıxmaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, Çimayev Ramazan ayı başa çatdıqdan sonra döyüşlərə qayıtmağı planlaşdırdığını deyib.
“Bir-iki aya hazır olacam. Növbəti ildə iki-üç döyüş keçirməyi ümid edirəm”, – o qeyd edib.
Döyüşçü bildirib ki, artıq viza ilə bağlı problem yaşamır:
“Viza problemi yoxdur, buna görə Donald Trampa təşəkkür edirəm”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.