EN

Simonyan Qafarova ilə İstanbulda görüşə bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan azərbaycanlıhəmkarı Sahibə Qafarova ilə birlikdə Bakıvə İrəvan parlamentariləri arasında əlaqələri genişləndirilmiş formatda müzakirə edəcəyini istisna etməyib.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “Biz həmişə kontakt üçün bütün beynəlxalq platformalardan istifadə etməyə çalışırıq, azərbaycanlı həmkarım da bu cür əlaqələrin məntiqini yüksək qiymətləndirir. Hələlik söhbət olmasa da, güman edirəm ki, İstanbulda keçiriləcək Parlamentlərarası Birlik Konfransı çərçivəsində mənimlə Azərbaycan Milli Məclisinin sədri arasında kontakt baş tutacaq. Həmçinin qərarımıza əsasən, beynəlxalq kontekstdən kənarda, geniş formatda təmaslarımızın və deputatların görüşlərinin məntiqini müzakirə etməyə davam edəcəyik”, - o bildirib.
Chosen
2
1
buta.tv

2Sources