EN

APL: autsayderləri fərqləndirən göstərici

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Premyer Liqasında XIV turdan sonra heç-heçə etməyən bir kollektiv var.

Futbolpress.az–ın məlumatına görə, “Kəpəz” keçirdiyi 14 matçda heç vaxt bərabərə qalmayıb. Gəncə təmsilçisi 12 oyunda uduzub, 2 dəfə qələbə qazanıb. Aktivində 6 xal olan “sarı-göylər” turnir cədvəlində 12 komanda arasında 11-cidir. “Kəpəz” autsayder “Karvan-Yevlax”dan bir xal öndədir.

Yevlax təmsilçisi isə liqada ən azı qələbəsi olan kollektivdir. Füzuli Məmmədovun başçılıq etdiyi komanda 14 turda 1 qələbə qazanıb, 2 heç-heçə edib, 11 dəfə də uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
futbolpress.az

1Sources